EN

İran liderinin yerini deyənə 10 milyon mükafat - Elan olundu

ABŞ Dövlət Departamenti İran liderləri, xüsusən də ölkənin yeni Ali Rəhbəri Müctəba Xamenei haqqında məlumat üçün 10 milyon dollar mükafat təklif edib.

"Yeni Sabah" xəbər verir ki, departamentin açıqlamasında deyilir: "Ədalət üçün mükafatlandırma proqramı İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) və onun bir neçə bölməsinin əsas liderləri haqqında məlumat üçün 10 milyon dollara qədər mükafat təklif edir".

Xamenei ABŞ-ın maraq doğuran İran liderləri siyahısında birinci yerdədir. Onun İİKK ilə yaxın əlaqələrinin olduğu güman edilir. Siyahıda İran Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Əli Laricani və daxili işlər naziri İskəndər Momeni də var. Ümumilikdə siyahıda 10 nəfər var.

"The New York Times" qəzeti qeyd edir ki, Dövlət Departamenti İran liderləri haqqında hansı konkret məlumata görə pul ödəməyə hazır olduğunu dəqiqləşdirməyib.


Telegram kanalımız
Chosen
15
yenisabah.az

1Sources