Akademik və yazıçı professor İlber Ortaylının dəfn tarixi açıqlanıb.
Hakimiyyet.az  xəbər verir ki, İlber Ortaylı ilə vida mərasimi martın 16-da uzun illər çalışdığı Qalatasaray Universitetində keçiriləcək.
Bu mərasimdən sonra Ortaylının nəşi Fatih məscidinə aparılacaq və məscidin qəbiristanlığında dəfn olunacaq.
Xatırladaq ki, professor İlber Ortaylı martın 13-də 78 yaşında vəfat edib.