EN

Səhvinə görə bir gündə 10 ton zibili ələkdən keçirdilər

Çinin Şangrao şəhərində bir qadın təsadüfən təxminən 218.000 dollar dəyərində bir kiloqramdan çox ağırlığında qızıl zinət əşyaları və külçələr olan bir çantanı atıb.

Azreform.info "Sohu"ya istinadən xəbər verir ki, polislə əlaqə saxlanılıb və çantanın artıq tullantı emalı zavoduna aparıldığı məlum olub. Hakimiyyət orqanları və bələdiyyə işçiləri axtarışa kömək ediblər.

"Bacım bir az dəlidir. O, sadəcə zibil olduğunu düşünürdü", - zinət əşyalarının sahibi deyib.

Nəticədə, təxminən 10 ton zibili ələkdən keçirdikdən sonra 1000 qramdan çox ağırlığında qızıl külçələr və zinət əşyaları tapıblar. Sahibi hələ də zinət əşyalarının tapıldığına inana bilmədiyini deyir.

Chosen
37
4
azreform.info

5Sources