EN

Polis qanunsuz saxlanılan daha 5 avtomatı aşkarladı

Martın 13-ü polis əməkdaşları paytaxt, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 5 avtomat və 19 tüfəng aşkar edib.

Bizim.Media xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlumat yayıb.
 

Bildirilib ki, silahlardan başqa, 16 patron darağı və 1928 ədəd müxtəlif çaplı patron da aşkar edilərək götürülüb.


Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Bizim.Media

Chosen
24
49
bizim.media

10Sources