EN

Azərbaycan neft qiymətlərinin həftəlik İCMALI

Bakı. Trend:

Bu həftə “Azeri Light CIF”, “Azeri Light FOB Ceyhan” və “DatedBrent” və “Urals” markalı neftin orta qiymətləri artıb.

Trend xəbərverir ki, Azərbaycanda “Azəri-Çıraq-Günəşli” yatağında hasil olunanAzeri Light CIF markalı neftin orta qiyməti keçən həftə iləmüqayisədə 14.59 ABŞ dolları və ya 16.9% artaraq, bir barel üçün100.70 ABŞ dollarına çatıb.

Məlumata görə, sözügedən markalı xam neftin maksimum qiyməti birbarel üçün 109.10 ABŞ dolları, minimum qiymət isə 90.34 ABŞ dollarıolub.

Türkiyənin Ceyhan limanında FOB şərtləri ilə “Azeri Light”markalı neftin orta qiyməti bir barel üçün 96.74 ABŞ dolları təşkiledib ki, bu da keçən həftə ilə müqayisədə 14.29 ABŞ dolları və ya17.3% artım deməkdir.

Həftə ərzində ən yüksək qiymət bir barel üçün 105.24 ABŞdolları, ən aşağı qiymət isə 86.33 ABŞ dolları olub.

Urals markalı neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə12.25 ABŞ dolları və ya 24.3% artaraq, bir barel üçün 62.71 ABŞdolları olub. Həftə ərzində maksimal qiymət 70.06 ABŞ dolları, ənaşağı qiymət isə 53.14 ABŞ dolları olub.

Dated Brent markalı neftin orta qiyməti 97.27 ABŞ dolları olubki, bu da keçən həftə ilə müqayisədə 12.12 ABŞ dolları və ya 14.2%artım deməkdir. Həftə ərzində maksimal qiymət bir barel üçün 103.47ABŞ dolları, minimal qiymət isə 87.94 ABŞ dolları olub.

Neft/Tarix

09.03.2026

10.02.2026

11.02.2026

12.02.2026

13.02.2026

Orta qiymət

Azeri LT CIF

$103.03

$90.34

$95.43

$105.58

$109.10

$100.70

Azeri Light FOB Ceyhan

$99.10

$86.33

$91.40

$101.63

$105.24

$96.74

Urals (EX NOVO)

$66.77

$53.14

$57.20

$66.38

$70.06

$62.71

Dated Brent

$102.84

$87.94

$91.46

$100.66

$103.47

$97.27

Qeyd edək ki, 2026-cı ildə 8 Mart - Beynəlxalq Qadınlar Günübazar gününə təsadüf etdiyi üçün, Azərbaycan Əmək Məcəlləsinəəsasən, növbəti iş günü olan 9 mart (bazar ertəsi) da qeyri-iş günühesab olunur. Bu səbəbdən həmin tarixə dair göstəriciləraçıqlanmayıb.

Məqalədə:
Chosen
20
1
az.trend.az

2Sources