EN

Millimiz yarımfinala çıxdı

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Tailandın paytaxtı Banqkokda keçirilən FIBA Çempionlar Kubokunda növbəti matçına çıxıb.

"Cebheinfo.az" xəbər verir ki, B qrupunda yer alan yığma İspaniya seçməsi ilə üz-üzə gəlib.

Rəqibini 16:11 hesabı ilə məğlub edən Azərbaycan komandası yarımfinala vəsiqə qazanıb.

Ötən gün Kanadaya uduzan (10:16) kollektiv Tailanda (21:8) qalib gəlib.

Qeyd edək ki, turnirin qalibi FIBA 3x3 Çempionlar Kuboku 2027, FIBA 3x3 Dünya Kuboku 2027 və 2028-ci il Yay Olimpiya Oyunlarına vəsiqə qazandıran Olimpiya Təsnifat turnirində iştirak hüququ əldə edəcək.

"Cebheinfo.az"

Chosen
3
11
cebheinfo.az

10Sources