EN

Xanobaya ilk köç karvanı gedib (Yenilənib)

ain.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xocavənd rayonu Xanoba kəndinə ilk köç karvanı yola salınıb.

Reyting.az xəbər verir ki, köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

2020-ci ildə Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur ərazisi işğaldan azad edildikdən sonra orada bərpa və yenidənqurma işlərinə başlanılıb. Böyük Qayıdışa dair Dövlət Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin dogma yurdlarına qayıdışı davam etdirilir.

***

İlk köç karvanı Xanoba kəndinə çatıb.

Doğma yurda qayıdan ailələri kənddə Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında Xüsusi Nümayəndəliyi, Qaçqın və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin rəsmiləri, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları qarşılayıblar.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
17
2
reyting.az

5Sources