EN

Tramp Obamanın İran siyasətini belə ələ saldı

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp sələfi Barak Obamanın İranla diplomatik əlaqələrə dair mövqeyini lağa qoyan və hazırkı yanaşmanı əks etdirən mem (yumoristik məzmunlu şəkil - red.) yayımlayıb.

Publika.az-ın məlumatına görə, siyasətçi kollajı özünə məxsus "Truth Social" platformasında paylaşıb.

Paylaşılan şəkilin üst hissəsində Obamanın İran rəsmilərinə böyük məbləğdə vəsait uzatdığı təsvir olunub. Alt hissəsində isə Trampın səmada uçuş həyata keçirən "B-2 Spirit" hərbi təyyarələrini izlədiyi görünür.

Chosen
38
3
publika.az

5Sources