EN

Baş nazir onları tənqid etdi

Cebheinfo saytına istinadən ain.az xəbər verir.

İspaniyanın Baş naziri Pedro Sançez ABŞ və İsrailin İrana qarşı hücumlarına dəstək verən qüvvələri sərt tənqid edib.

"Cebheinfo.az" xarici mediaya istinadən xəbər verir ki, Sançez, Donald Trampın İspaniyanın hərbi bazalarını açmadığına görə ölkəni “ticarət əlaqələrini kəsməklə” hədələsə də, Madrid öz dəyərlərinə zidd olan müharibəyə qoşulmayacağını bildirib. 

Baş nazir çıxışında ABŞ və İsrailin İrana qarşı hücumlarını sərt tənqid edib və İspaniya siyasi partiyalarını hərəkətə keçməyə çağırıb:

“Dövlətin bütün imkanlarını xalqımızın xidmətinə təqdim edəcəyimizə heç kimin şübhəsi olmasın. Biz bunu hökumətimizin heç vaxt dəstəkləmədiyi İrandakı müharibədən və mümkün nəticələrindən vətəndaşlarımızı qorumaq üçün edəcəyik.

Buradan sağ partiyalara və ifrat sağa səslənirəm: Siz dünyanı alova bürüyənləri dəstəkləyirsiniz, amma sonra baş verənlərdən şikayət etməyə haqqınız yoxdur.

Həm bir tərəfi dəstəkləyib, həm də sonradan baş verən nəticələrdən gileylənmək olmaz. Eyni anda həm alova körük verib, həm də "yanırıq" demək olmaz.

Ən doğru və ən az itki ilə nəticələnəcək yol müharibəyə qarşı çıxmaq və onun mümkün qədər tez başa çatmasına nail olmaqdır, həm də dərhal”.

Xatırladaq ki, ABŞ Prezidenti Tramp Almaniya Kansler Fridrix Merts ilə görüşündə mətbuatın suallarını cavablandırarkən İspaniyanı İrana qarşı hücumlar üçün Sevilyadakı Moron de la Frontera və Rota hərbi bazalarında, eləcə də Əndəlüsdəki Kadizdə yerləşən ABŞ hərbi təyyarələrindən istifadəyə icazə vermədiyinə görə tənqid edib.

Martın 3-də İspaniyanı "bütün ticarət əlaqələrini kəsməklə" hədələyən ABŞ Prezidenti dünən "İspaniya əməkdaşlıq etmir" deyə bildirib və İspaniyanı digər NATO ölkələrindən fərqli olaraq müdafiə xərclərini artırmadığına görə tənqid edib. Sançez İspaniyanın mövqeyinin "aydın və ardıcıl" olduğunu və Ukrayna və Qəzzaya verdiyi cavabla eyni olduğunu vurğulayıb.

Trampın təhdidlərinin Madridi İranda ABŞ-İsrail müharibəsini dəstəkləməyə məcbur etməyəcəyini bildirən Sançez, “Dünya üçün zərərli olan və ya dəyərlərimizə, maraqlarımıza zidd olan hər hansı addıma, sırf təhdidlərindən yayınmaq naminə şərik olmayacağıq", deyə bildirib. 

Əfsanə

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
1
1
cebheinfo.az

2Sources