EN

İran BƏƏ-ni təhdid etdi - ABŞ qoşunlarından uzaq durun, vuracağıq…



Tehran administrasiyası Birləşmiş Ərəb Əmirliyində (BƏƏ) limanların ABŞ əməliyyatları üçün istifadə edildiyini iddia edərək, bu yerləri "qanuni hədəflər" elan edib.

İran İnqilab Keşikçiləri Korpusunun Xatəmi əl-Ənbiya Mərkəzi Qərargahının sözçüsü İbrahim Zülfiqari, ABŞ-ın İrana qarşı hücumlar həyata keçirmək üçün BƏƏ-dəki limanlardan və körpülərdən istifadə etdiyini iddia edib.

"ABŞ ordusu BƏƏ-dəki gizləndikləri yerlərdən istifadə edərək Əbu Musa və Xark adasını hədəfə alıb. Bu nöqtələrə zərbə endirmək bizim milli suveren hüququmuzdur" – deyə Zülfiqari bildirib.

Tehran administrasiyası BƏƏ xalqına müraciət edərək, onları ABŞ qoşunlarının olduğu limanlardan və yaşayış məntəqələrindən uzaq durmaları barədə xəbərdarlıq edib.

Tahir TAĞIYEV

Chosen
38
baki-xeber.com

1Sources