ABŞ Dövlət Departamenti ölkə vətəndaşlığından imtina üçün ödənişləri 80 faiz azaldıb. İndi bütün sənədləşmə 450 dollara başa gələcək.
"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Newsmax" telekanalı məlumat yayıb.
Telekanalın bildirdiyinə görə, rüsum 2015-ci ildə əhəmiyyətli dərəcədə artırılmışdı. O zaman ödəniş beş dəfə - 450 dollardan 2350 dollara qaldırılmışdı. Səbəb müraciətlərin sayının kəskin çoxalması idi.
Hökumət rüsumları azaltmaqla bağlı vədləri 2023-cü ildə versə də, Dövlət Departamenti bunu yalnız indi həyata keçirə bilib.
"Cebheinfo.az"