EN

Aİ-də sənaye istehsalında ən böyük azalma qeydə alınan ölkə açıqlanıb

Bakı. Trend:

Rumıniya Avropa İttifaqında sənaye istehsalının ən çox azaldığıölkələrdən birinə çevrilib.

Trend xəbər verir ki, AvropaStatistika İdarəsinin (Eurostat) açıqladığı məlumatlara görə,2026-cı ilin yanvar ayında sənaye istehsalı əvvəlki ayla müqayisədəhəm avrozonada, həm də Aİ üzrə azalıb.

Məlumata əsasən, yanvar ayında sənaye istehsalı avrozonada 1,5faiz, Avropa İttifaqında isə 1,6 faiz azalıb. Ən böyük geriləmələrİrlandiya (-9,8 faiz), Lüksemburq (-4,3 faiz), İsveç (-4,1 faiz) vəRumıniyada (-3,3 faiz) qeydə alınıb.

Rumıniya Milli Statistika İnstitutunun məlumatına görə, ölkədəsənaye istehsalının azalması əsasən emal sənayesində və hasilatsektorunda geriləmə ilə bağlıdır. Yanvar ayında emal sənayesindəistehsal 6,4 faiz, hasilat sənayesində isə 2 faiz azalıb. Bununlayanaşı, elektrik və istilik enerjisinin, qaz və isti suyunistehsalı və təchizatı sektorunda artım müşahidə olunub.

Məlumata görə, 2026-cı ilin yanvarında Rumıniyada sənayeistehsalı əvvəlki ay – 2025-ci ilin dekabrı ilə müqayisədə dəazalıb. Bu dövrdə ümumi sənaye istehsalı 7,3 faiz geriləyib.

Qeyd olunur ki, Avropada sənaye sektorunda zəifləmə son aylardabir sıra ölkələrdə müşahidə olunur və bu tendensiya qlobal iqtisadimühitdəki qeyri-müəyyənlik və istehsal xərclərinin artması iləəlaqələndirilir.

Chosen
62
6
az.trend.az

7Sources