EN

İsrail və Livanın tezliklə danışıqlar aparacağı gözlənilir

ain.az bildirir, Bakupost portalına istinadən.

İsrailin "Haaretz" qəzeti iki məlumatlı mənbəyə istinadən yazır ki, İsrail və Livan yaxın günlərdə birbaşa danışıqlar aparacaqlar. Bu, İranla müharibədən sonra ilk danışıqlar olacaq.

Bakupost.az xəbər verir ki, "Haaretz" qəzetinin verdiyi məlumata görə, ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşner Parisdə və ya Kiprdə baş tuta biləcək danışıqlarda iştirak edəcək. İsrail nümayəndə heyətinə Baş nazir Binyamin Netanyahunun etibarlı adamı Ron Dermer rəhbərlik edəcək.

Danışıqların Livanda hərbi əməliyyatların dayandırılması və Livan Hizbullah hərəkatının tərksilah edilməsi məsələlərinə yönələcəyi gözlənilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
28
4
www.bakupost.az

5Sources