EN

Netanyahu Ukraynaya müraciət etdi: Zelenskidən nə istədi?

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

İsrailin Baş naziri Benyamin Netanyahu Ukrayna Prezidenti Volodimir Zelenski ilə İran PUA-ları haqda danışmaq istəyir. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Ynet” portalı məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, Netanyahu Ukrayna ilə İran PUA-ları ətrafında əməkdaşlığı dərinləşdirmək istəyir.

Hər iki ölkənin hakimiyyətinə yaxın mənbələrin sözlərinə görə, israilli Baş nazir Zelenski ilə bu mövzuda telefon danışığı aparmaq üçün artıq müraciət edib.

Ukraynanın İsraildəki səfiri Yevgeni Korniyçuk “Ynet” portalına məlumatı təsdiqləyib. Bildirib ki, Kiyev belə bir müraciət alıb, lakin Zelenski və Netanyahu arasında danışıq hələ ki gərgin iş qrafiki ilə bağlı həyata keçirilməyib. Səfir müzakirələrin yaxın günlərdə baş tutacağına inandığını qeyd edib.

Korniyçuk əlavə edib ki, İranla qarşıdurmada Kiyev İsrailin tərəfində çıxış edir.

“Biz bu əməliyyatda bütün tərəfdaşlarımızı, o cümlədən də İsraili dəstəkləyirik”, – o deyib.

Aysel Əliyeva

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
63
globalinfo.az

1Sources