EN

"Arsenal" qələbə qazanıb, "Çelsi" evdə "Nyukasl"a uduzub

Bakı, 15 mart, AZƏRTAC

Futbol üzrə İngiltərə Premyer Liqasında XXX tura start verilib.

AZƏRTAC xəbər verir ki, lider "Arsenal" doğma meydanda "Everton"u qəbul edib. Görüş London klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb.

"Nyukasl" səfərdə "Çelsi"ni, "Brayton" "Sanderlend"i üstələyib - 1:0. "Börnli" "Bornmut" matçında isə qapılara qol vurulmayıb.

Qeyd edək ki, turnir cədvəlinə 70 xalla "Arsenal" başçılıq edir.

Chosen
62
1
azertag.az

2Sources