EN

SEPAH komandirindən şok açıqlama: “İran neftini daşıyan bir neçə tanker azad edildi”

İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin fəaliyyəti nəticəsində İran neftini daşıyan bir neçə tanker həbsdən azad edilib.

Musavat.com xəbər verir ki, bu barədə SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Əlirza Tənqsiri açıqlama verib.

Onun sözlərinə görə, SEPAH-ın dəniz qüvvələrinin həyata keçirdiyi tədbirlər nəticəsində əvvəllər saxlanılmış bir neçə neft tankeri azad olunaraq yenidən fəaliyyətini bərpa edib. Komandir bildirib ki, İranın enerji ixracına qarşı tətbiq olunan təzyiqlərə baxmayaraq, ölkə öz neftini dünya bazarlarına çatdırmaq üçün müxtəlif addımlar atır.

Tənqsiri əlavə edib ki, İranın dəniz qüvvələri regionda İran maraqlarını qorumağa davam edəcək və ölkənin neft ticarətinə qarşı hər hansı maneələrə qarşı tədbirlər görəcək.

Musavat.com

Chosen
77
musavat.com

1Sources