EN

Tramp: Enerji bazarı sabitləşəndən sonra Rusiya neftinə sanksiyalar bərpa olunacaq

BAKI, 15 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Yaxın Şərqdəki münaqişə səbəbindən enerji bazarında qiymətlər sabitləşdikdən sonra Vaşinqton Rusiya neftinə qarşı sanksiyaları yenidən tətbiq edəcək.

Teleqraf xəbər verir ki, bu barədə Donald Tramp "NBC News" telekanalına müsahibəsində danışıb.

Tramp qeyd edib ki, Rusiya nefti və neft məhsullarının satışı ilə bağlı əməliyyatlara tətbiq edilən sanksiyaların müvəqqəti yumşaldılmasının səbəbi enerji bazarında sabitliyi qorumaqdır.

“Mən dünyaya neft istəyirəm”, - deyə ABŞ prezidenti bu addımın səbəbi barədə suala cavab verərkən bildirib.

O əlavə edib ki, 2022-ci ildə Ukraynadakı münaqişə ilə əlaqədar tətbiq olunan məhdudiyyətlər böhran başa çatdıqdan və enerji bazarında vəziyyət sabitləşdikdən sonra yenidən qüvvəyə minəcək.

Chosen
85
teleqraf.com

1Sources