EN

Ceyk Pol konkisürən Yutta Lerdama Olimpiadada qələbəyə görə bahalı hədiyyə edib - FOTO

Niderlandlıi konkisürən Yutta Lerdam 2026-cı il Olimpiya Oyunlarında 1000 metr məsafəyə qaçışda qızıl medal qazandığı üçün sevgilisindən hədiyyə alıb.

İdman.Biz xəbər verir ki, blogger Ceyk Pol ona lüks “Brabus G-Class” avtomobili hədiyyə edib. Bu tip avtomobilin qiymətinin bir neçə yüz min dollar olduğu məlumdur.

“Kraliçam üçün yalnız ən yaxşısı. O, qızıl və gümüş üçün çox çalışdı, ona görə də mən ona bürünc G-avto hədiyyə etdim”, - deyə Pol sosial mediada yazıb.

Xatırladaq ki, Milanda Lerdam 1000 metr məsafədə qızıl, 500 metr məsafədə gümüş medal qazanıb.

İdman.Biz
Chosen
77
1
idman.biz

2Sources