İlin ən pis filmi, rejisoru və aktyorlarının seçildiyi "Qızıl Moruq" antimükafatı yeni sahiblərinə təqdim olunub.
"Yeni Sabah" xəbər verir ki, 46-cı dəfə baş tutan gecədə 5 kateqoriyada mükafat qazanan film "Dünyaların müharibəsi" olub.
"Qızıl Moruq 2026"nın ən pislərinin siyahısı belədir:
"Ən pis film" - "Dünyaların müharibəsi"
"Ən pis rejissor" - Riç Li ("Dünyaların müharibəsi")
"Ən pis ssenari" - "Dünyaların müharibəsi" (Kenni Qold, Mark Hayman)
"Ən pis remeyk, plagiat və davam filmi" - "Dünyaların müharibəsi"
"Ən pis aktyor" - O'Şi Cekson ("Dünyaların müharibəsi")
"Ən pis aktrisa" - Rebel Uilson ("Çətin gəlin")
"Ən pis ikinci plan aktrisası" - Skarlət Rouz Stallone ("Silahlılar")
"Ən pis ikinci plan aktyoru" - "Qar ağ və yeddi cırtdan"
"Ən pis ekran cütlüyü" - "Qar ağ və yeddi cırtdan" (axsam.az)
Telegram kanalımız