EN

İlin ən pis film və aktyorlarının SİYAHISI

İlin ən pis filmi, rejisoru və aktyorlarının seçildiyi “Qızıl Moruq” antimükafatı yeni sahiblərinə təqdim olunub.

NOCOMMENT.az xəbər verir ki, 46-cı dəfə baş tutan gecədə 5 kateqoriyada mükafat qazanan film “Dünyaların müharibəsi” olub.

“Qızıl Moruq 2026″nın ən pislərinin siyahısı belədir:

“Ən pis film” – “Dünyaların müharibəsi”

“Ən pis rejissor” – Riç Li (“Dünyaların müharibəsi”)

“Ən pis ssenari” – “Dünyaların müharibəsi” (Kenni Qold, Mark Hayman)

“Ən pis remeyk, plagiat və davam filmi” – “Dünyaların müharibəsi”

“Ən pis aktyor”  O’Şi Cekson (“Dünyaların müharibəsi”)

“Ən pis aktrisa” – Rebel Uilson (“Çətin gəlin”)

“Ən pis ikinci plan aktrisası” – Skarlət Rouz Stallone (“Silahlılar”)

“Ən pis ikinci plan aktyoru” – “Qar ağ və yeddi cırtdan”

“Ən pis ekran cütlüyü” – “Qar ağ və yeddi cırtdan”(Axşam.az)

Chosen
7
2
nocomment.az

3Sources