EN

Tixi İran deputatlarının Ukraynaya qarşı təhdidlərini absurd adlandırdı



Ukraynairanlı deputatın təhdidlərini absurd adlandırıb. Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixi bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sədri İbrahim Əzizinin Ukraynanın İsrailə etdiyi yardımlara görə "qanuni hədəf" hesab edildiyi barədə açıqlamasına cavab olaraq bəyan edib. O, İran rejiminin illərdir ukraynalıların öldürülməsini dəstəklədiyini və Rusiyanı Ukraynaya qarşı təcavüz üçün dronlar və texnologiya ilə təmin etdiyini deyib. Tixi İran deputatlarının Ukraynaya qarşı təhdidlərini və BMT Nizamnaməsi ilə özünümüdafiə hüququna istinadlarını absurd adlandırıb. "Bu, qatilin cinayət məcəlləsinə istinad edərək öz cinayətlərini haqlı çıxarmasına bənzəyir", - deyə o əlavə edib. Bu gün səhər Rusiya mediası xəbər verib ki, bu açıqlamaya görə Əzizi Ukraynanın "Peacemaker" saytının məlumat bazasına daxil edilib. İRADƏ
Chosen
34
baki-xeber.com

1Sources