EN

İran ABŞ və İsrail bazalarını raket və dronlarla atəşə tutub

İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) ABŞ-nin körfəz ölkələrindəki hərbi bazaları və İsrailin regional idarəetmə mərkəzi komandalıqlarını atəşə tutub.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) məlumat yayıb.

Məlumata görə, SEPAH “Doğru Vəd 4” hərbi əməliyyatının 53-cü mərhələsini həyata keçirib. Bu mərhələdə eyni zamanda İrana hərbi hava hücumlarında dəstək və məlumat üzrə rola sahib Əl-Dəfrə hərbi hava bazasında ABŞ ordusu hərbi qüvvələrinin mövqeləri atəşə tutulub.

SEPAH bildirir ki, bu mərhələdə 10 ədəd “Fəttah” hipersonik raketi, “Qədr” raketi və kamikadze PUA-larından istifadə edilib.

Chosen
25
2
xezerxeber.az

10Sources