Azərbaycanın son 20 ildə nümayiş etdirdiyi inkişaf yolu heyranedicidir və Avropa İttifaqı bu dövlətlə dialoq qurmaq üçün onun diqqətinə layiq olduğunu sübut etməlidir.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Belçikanın sabiq Baş naziri Yves Leterm Qlobal Bakı Forumunun əlavə sessiyasında bildirib.
Sabiq hökumət başçısı Avropanın Azərbaycana qarşı ikili yanaşmasını kəskin tənqid edib.
O bildirib ki, bir tərəfdən ölkənin daxili işlərinə qarışan qətnamələr qəbul etmək, digər tərəfdən isə enerji təminatı üçün yardım istəmək qəbulolunmazdır: