EN

Belçikanın sabiq Baş naziri: Azərbaycanın diqqətini qazanmaq lazımdır

Azərbaycan təzyiq altında olan regionda sabitlik adası kimi Avropa İttifaqının xüsusi diqqətinə layiqdir.

APA xəbər verir ki, bunu Belçikanın sabiq Baş naziri Yves Leterme XIII Qlobal Bakı Forumu çərçivəsində “The Economist” jurnalının təşkilatçılığı ilə keçirilən Cənub-Şərqi Avropa və Trans-Xəzər Biznes Sammitində bildirib.

O bildirib ki, Azərbaycan iqtisadiyyatı Prezident İlham Əliyevin rəhbərliyi altında böyük inkişaf potensialına malikdir.

"Biz anlamalıyıq ki, Azərbaycanın diqqətini qazanmaq lazımdır. Biz Azərbaycana dialoq aparılması zəruri olan bir tərəfdaş kimi hörmət etməyə borcluyuq. Məsələn, biz Azərbaycan kimi bir ölkənin daxili işlərinə qarışaraq qətnamələr qəbul etdiyimiz zaman anlamalıyıq ki, bununla gələcək danışıqlar üçün qapıları bağlayırıq"- Leterme qeyd edib.

O, Avropa İttifaqınln ikili standartla yanaşmada ittiham edib: "Bir Avropa İttifaqı vətəndaşı kimi azərbaycanlıların gözlərinə baxmağa utanıram. Biz illər boyunca bir tərəfdən Azərbaycanın daxili işlərinə qarışırıq, ertəsi gün isə gəlib xahiş edirik - "Bizə daha çox qaz sata bilərsinizmi?". Məncə, bu, utancvericidir”.

Chosen
52
4
apa.az

5Sources