EN

Tramp İranla bağlı bu sualı cavablamaqdan imtina etdi

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“İranla razılaşmaq istəmirəm, çünki şərtlər hələ ki, qənaətbəxş deyil”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “NBC News”a verdiyi müsahibədə bildirib.

“İstənilən şərt çox güclü olmalıdır”, – deyə Ağ Ev rəhbəri qeyd edib.

Müharibəyə son qoymaq üçün mümkün razılaşmanın şərtlərinin nə olacağı soruşulduqda, ABŞ Prezidenti belə cavab verib. “Bunu sizə demək istəmirəm”.

Eyni zamanda, o, bunun bir hissəsinin İranın istənilən nüvə ambisiyalarından tamamilə imtina etmək öhdəliyi olması ilə razılaşıb:

“Onların sahib olduqları, yəni nisbətən tez bir zamanda zərərsizləşdirilə bilən yeganə güc mina atmaq və ya nisbətən yaxın mənzilli raket atmaq qabiliyyətidir. Lakin sahil zolağı ilə işimiz bitdikdən sonra artıq bu cür gücə sahib olmayacaqlar. Biz onların raketlərinin, dronlarının əksəriyyətini məhv etmişik”.

Əliyar Xəlil

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
18
globalinfo.az

1Sources