EN

Tokioda üç çamadan nağd pul oğurlayan mafiya üzvləri həbs ediliblər

Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.

Tokio polisi yanvarın sonunda paytaxtda qarət törətməkdə şübhəli bilinən yeddi cinayətkarı, o cümlədən Yaponiyanın "Yakudza" mafiyasının üzvlərini həbs edib.

Oxu.Az "Kyodo" agentliyinə istinadən xəbər verir ki, həbs edilənlər arasında Yaponiyanın ən böyük mafiya sindikatı olan Yamaquçi-quminin 21 yaşlı üzvü də var .

Polisin məlumatına görə, hadisə yanvarın 29-da gecə saatlarında baş verib. Quldurlar üç çamadan nağd pulu - təxminən 420 milyon yeni (təqribən 2.7 milyon dollar) maşına yükləyən pul daşıyıcılarına hücum ediblər.

Polis, həmçinin şübhəlilərin həmin gün Tokionun Haneda hava limanının beynəlxalq terminalının dayanacağında baş vermiş başqa bir qarət cəhdi ilə də əlaqəsini araşdırır.

Naməlum şəxslər orada yüzmilyonlarla yen daşıyan şəxslərə hücum ediblər, amma pulu götürmək mümkün olmayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
30
oxu.az

1Sources