İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) "Əsl Vəd 4" əməliyyatının 51-ci dalğasını elan edib.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə Press TV-nin məlumat yayıb.
Məlumata görə, bu dalğa ABŞ və İsrailin İrana qarşı hərbi kampaniyasına cavab olaraq regiondakı ABŞ hərbi hədəflərinə raket zərbələri endirməyi əhatə edirdi.
Öz növbəsində İsrail Müdafiə Qüvvələri (İİKK) İrandan İsrailə raket atıldığını bildirib.
Xatırladaq ki, ABŞ və İsrail 28 fevraldan bəri İran ərazisinə hücum edərək dağıntılara və insan tələfatına səbəb olublar.
Cavab olaraq İran İsrailə və regiondakı ABŞ hərbi bazalarına raket zərbələri endirib. İsrail və ABŞ-nin hücumu nəticəsində İranın Ali Lideri Ayətullah Seyid Əli Xameneyi və digər yüksək vəzifəli şəxslər də həlak olub.
2 martda “Hizbullah” da İsrailə qarşı müharibəyə qoşulub. İsrail hərəkata qarşı hücumun başladığını elan edib və Cənubi Livana daxil olub.