EN

Derbiyə doğru: “Turan Tovuz” rahatdır, “Kəpəz”də itkilər var 

Azərbaycan Premyer Liqasının XXIV turunda “Kəpəz” “Turan Tovuz”la üz-üzə gələcək.

İdmanxeber.az-ın məlumatına görə, Qərb derbisi öncəsi Tovuz təmsilçisinin heyətində itki yoxdur. Komanda matça tam heyətlə hazırlaşıb.

“Kəpəz”də isə ciddi itkilər var. Məqsəd İsyayevlə Ohori zədə səbəbindən meydana çıxa bilməyəcək. Heyətdə cəzalı oyunçu yoxdur.

“Kəpəz” – “Turan Tovuz” görüşü bu gün saat 15:00-da başlayacaq.

Chosen
32
idmanxeber.az

1Sources