EN

Azərbaycanın 3x3 basketbol millisi FIBA Çempionlar Kubokunda finalında

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Taylandın paytaxtı Banqkok şəhərində keçirilən FIBA 3x3 Çempionlar Kuboku turnirində finala yüksəlib.

90deqiqe.Az xəbər verir ki, yarımfinal mərhələsində millimiz Amerika Birləşmiş Ştatları yığması ilə qarşılaşıb. Gərgin və maraqlı keçən görüş Azərbaycan komandasının 22:20 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, yığmamız həlledici mərhələyə vəsiqə qazanıb.

Azərbaycan millisi finalda Kanada – Niderland cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, turnirin qalibi 2027-ci ildə keçiriləcək FIBA 3x3 Dünya Kuboku 2027 və FIBA 3x3 Çempionlar Kuboku 2027 yarışlarında iştirak hüququ əldə edəcək. Bundan əlavə, qalib komanda 2028-ci il Yay Olimpiya Oyunları üçün vəsiqə verən Olimpiya təsnifat turnirində iştirak etmək imkanı qazanacaq.

Chosen
24
33
90deqiqe.az

10Sources