EN

TÜRKPA Astanada səsvermə prosesini müşahidə edir

Qazaxıstanda ümumxalq referendum günündə TÜRKPA Beynəlxalq Referendum Müşahidə Missiyasının Astana qrupu səsvermə prosesinin müşahidəsini həyata keçirir.

"Far.Az" xəbər verir ki, bu barədə TÜRKPA məlumat yayıb.

"Missiya üzvləri saat 07:00-da səsvermə məntəqəsinin açılışını müşahidə ediblər və referendum günü boyunca saat 20:00-da səsvermənin bitməsinədək səsvermə məntəqələrini ziyarət etməyə davam edəcəklər. Missiya üzvləri həmçinin səsvermə məntəqəsində səslərin sayılmasını müşahidə edəcəklər",- məlumatda bildirilib.

Referendumun müşahidəsi prosesi çərçivəsində TÜRKPA-nın Baş katibi Ramil Həsən beynəlxalq müşahidəçi qismində Türkiyənin "TRT Avaz" və "TRT Haber" telekanallarına, Çinin "CGTN" dövlət televiziyasına, həmçinin Rusiyanın "İzvestiya" informasiya agentliyi və telekanalına səsvermənin gedişatı barədə ətraflı məlumat verib.

TÜRKPA Beynəlxalq Referendum Müşahidə Missiyası referendumun müşahidəsini Qazaxıstanın Astana, Almatı və Türkistan şəhərlərində həyata keçirir. Missiyanın Astana qrupunun tərkibinə parlament deputatları Məlahət İbrahimqızı (Azərbaycan), Irısbek Atajanov (Qırğızıstan), Osman Mesten (Türkiyə), TÜRKPA Beynəlxalq Katibliyinin heyəti - Baş katibin müavini Talqat Aduov, komissiya katibi Aynurə Abutalıbova, Təşkilati-inzibati məsələlər üzrə katibi Ələsgər Ağayev və Türkiyə parlamentinin əməkdaşı, nümayəndə heyəti katibi Kürşat Melih Sarıaslan daxildir.

Chosen
44
2
far.az

3Sources