EN

ABŞ kimi irana lider gətirmək istəyir?

ABŞ Prezidenti Donald Tramp NBC News-a verdiyi müsahibədə İranın yeni Ali Lideri Ayətullah Müctəba Xameneyinin sağ olduğuna şübhə ilə yanaşdığını bildirib.

"Onun sağ olub-olmadığını belə bilmirəm. Onu hələ heç kim göstərə bilməyib. Eşitdiyimə görə, o, daha sağ deyil və əgər sağdırsa, ölkəsi üçün çox ağıllı bir şey edə bilər. Edəcəyi bu ağıllı şey kapitulyasiyadır", - deyə Tramp bildirib.

O, həmçinin Xameneyinin ölümü ilə bağlı xəbərləri "şayiələr" adlandırıb.

ABŞ Prezidenti, həmçinin İranın Ali Lideri kimi görmək istədiyi konkret bir şəxsin olub-olmadığını deməkdən imtina edib.

"Ölkənin gələcəyi üçün böyük lider ola biləcək insanlarımız sağdır", - deyə Tramp bildirib.

Hər hansı potensial liderlə əlaqə saxlayıb-saxlamadığı soruşulduqda, ABŞ Prezidenti

"Bunu demək istəmirəm. Onları təhlükəyə atmaq istəmirəm" cavabını verib.

Xatırladaq ki, ABŞ müdafiə naziri Pit Heqset cümə günü Ayətullah Xameneyinin "yaralı və ehtimal ki, eybəcər hala salınmış" olduğunu bildirib və onun yazılı açıqlamasını "zəif" adlandırıb.

Chosen
11
1
cebheinfo.az

2Sources