EN

Lüksemburqun qadın futbol yığmasının baş məşqçisi qeyri etik mesajlara görə qovulub

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Lüksemburqun qadınlardan ibarət futbol yığmasının baş məşqçisi Daniel Santos milli komandanın oyunçularına qeyri-etik xarakterli mesajlar göndərməkdə ittiham olunduqdan sonra işdən qovulub.

Oxu.Az xəbər verir ki, bu barədə Lüksemburq Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, bir neçə futbolçu mütəxəssisin hərəkətlərindən şikayət edib.

"Belə davranış etik dəyərlərə və hörmət prinsiplərinə ziddir. Bu ittihamlardan xəbər tutan kimi biz dərhal prosesə cəlb olunmuş oyunçuları qorumaq və idman mühitinin bütövlüyünü saxlamaq üçün tədbirlər gördük. Toplanmış ifadələr və oyunçular tərəfindən inamın itirilməsi gələcək əməkdaşlığı qeyri-mümkün etdi", - deyə məlumatda vurğulanır

Qeyd edək ki, D.Santosun 44 yaşı var. O, 2020-ci ilin avqustunda Lüksemburq qadın yığmasının baş məşqçisi təyin edilmişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
56
oxu.az

1Sources