EN

Qadın futbolçulara qeyri-etik mesajlar yazan məşqçi qovuldu - RƏSMİ

Lüksemburqun futbol üzrə qadınlardan ibarət millisinin baş məşqçisi Daniel Santos qovulub.

Fanat.Az xəbər verir ki, məlumatı Lüksemburq Futbol Federasiyasının mətbuat xidməti yayıb.

Buna səbəb kimi mütəxəssisin yığmanın bir neçə futbolçusuna nalayiq məzmunlu mesajlar göndərməsi və oyunçuların onun davranışından şikayət etməsi göstərilib.

Federasiyanın açıqlamasında vurğulanıb ki, bu cür davranış etik dəyərlərə və qarşılıqlı hörmət prinsiplərinə ziddir. İddialardan xəbər tutan kimi, futbolçuların qorunması və idman mühitinin bütövlüyünün təmin edilməsi üçün dərhal tədbirlər görülüb. Toplanan sübutlar və oyunçuların məşqçiyə etimadını itirməsi gələcək əməkdaşlığı mümkünsüz edib.

44 yaşlı Santos 2020-ci ilin avqustundan millinin baş məşqçisi idi. 

Chosen
36
1
fanat.az

2Sources