Ağcabədidə iki minik avtomobili toqquşub, 4 nəfər xəsarət alıb.
Leqal.info xəbər verir ki, hadisə rayonun Rəncbərlər kəndi ərazisində baş verib.
Mehralızadə Saya Vüsal oğlunun idarə etdiyi “Chevrolet” markalı, 77 EH 053 dövlət nömrəli avtomobil İsmayılov Rövşən Sərdar oğluna məxsus “VAZ-2106” markalı avtomobillə toqquşub. Zərbənin təsirindən “VAZ-2106” yol kənarındakı dərəyə aşıb.
Nəticədə “VAZ-2106”-ın sürücüsü R. İsmayılov, sərnişini E. Məmmədov, həmçinin “Chevrolet”in sürücüsü S. Mehralızadə və sərnişini, 1996-cı il təvəllüdlü G. Mehralıyeva xəsarət alıblar.
Yaralılar Ağcabədi rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Leqal.info