EN

Qazaxıstanda prezident seçkiləri bu tarixdə keçiriləcək

Qazaxıstanda növbəti prezident seçkiləri mövcud Konstitusiyaya uyğun olaraq 2029-cu ildə keçiriləcək.

Turkustan.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev jurnalistlərin suallarını cavablandırarkən deyib.

Konstitusiya islahatının hakimiyyət keçidinə hazırlaşıb-hazırlamadığı ilə bağlı suala cavab olaraq Qazaxıstan prezidenti qeyd edib ki, bu mövqe ilə bağlı müxtəlif müzakirələr aparılır, lakin narahatlığa heç bir səbəb yoxdur:

"Həqiqətən də, belə bir mövqe bir sıra xarici ölkələrdə mövcuddur. Bəzi ekspertlər hesab edirlər ki, Qazaxıstanda hökumət daxilində rəqabət güclənir və müxtəlif narahatedici tendensiyalar artır. Lakin bunun cəmiyyətə mənfi təsir göstərəcəyindən qorxmağa heç bir səbəb yoxdur".

Onun sözlərinə görə, vitse-prezident vəzifəsinin yaradılması dövlət hakimiyyəti institutlarını gücləndirəcək və bu, gələcəkdə özünü göstərəcək:

"Prezident kimi, mən bu vəzifəyə, eləcə də ümumilikdə bütün islahatlara böyük ümidlər bəsləyirəm. Növbəti prezident seçkiləri isə planlaşdırıldığı kimi, mövcud Konstitusiya ilə müəyyən edilmiş müddətdə - 2029-cu ildə keçiriləcək"./axar.az

Chosen
24
4
turkustan.az

10Sources