EN

Həbsxanada olan azərbaycanlını müharibəyə göndərdilər İtkin düşdü

ain.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Rusiya-Ukrayna müharibəsində iştirak edən daha bir azərbaycanlının taleyi ilə bağlı narahatedici məlumat yayılıb.

Musavat.com xəbər verir ki, həmyerlimiz Qocayev Tamerlan Rəhman oğlu 2025-ci ilin sentyabr ayında Rusiyanın Başqırdıstan Respublikasında həbs olunub. Hərbi ekspert Tofiq Şahmuradovun verdiyi məlumata görə, Tamerlan Qocayevə bildirilib ki, əgər müharibəyə getməyə razılıq versə, həbsdən azad ediləcək. Bu məqsədlə onunla müvafiq müqavilə bağlandığı qeyd olunur. Bildirilir ki, həmyerlimiz cəbhəyə göndərilib. Lakin bir müddət sonra onunla əlaqə tamamilə kəsilib və hazırda taleyi barədə heç bir rəsmi məlumat yoxdur.

Qeyd edək ki, son illər Rusiyada müxtəlif səbəblərlə saxlanılan şəxslərin cəzaçəkmə müəssisələrindən çıxarılaraq müqavilə əsasında müharibəyə göndərilməsi ilə bağlı çoxsaylı məlumatlar yayılıb. Bu proses çərçivəsində postsovet ölkələrindən olan şəxslərin da cəbhəyə cəlb edildiyi bildirilir.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
20
2
cebheinfo.az

3Sources