EN

Velosiped mövsümü start götürdü: Şose üzrə ilk qaliblər müəyyənləşib FOTO

ain.az, Idman.biz saytına istinadən bildirir.

Azərbaycan Velosiped İdmanı Federasiyasının 2026-cı il üçün təsdiq etdiyi təqvim planına uyğun olaraq, şose velosipedi üzrə mövsümün Açılış yarışı təşkil edilib.

İdman.Biz xəbər verir ki, veloparkda baş tutan yarışda müxtəlif klub və cəmiyyətləri təmsil edən 70-ə yaxın velosipedçi beş yaş kateqoriyasında gücünü sınayıb.

Gərgin mübarizə şəraitində keçən yarışda müxtəlif məsafələr üzrə qaliblər müəyyənləşib:

- 2012-2013-cü il təvəllüdlü oğlanlar (6,4 km): Emil Abbasov

- 2010-2011-ci il təvəllüdlü oğlanlar (9,6 km): İlkin Sadıqzadə

- 2008-2009-cu il təvəllüdlü oğlanlar (12,8 km): Həsən Zeynalov

- 2008-2009-cu il təvəllüdlü qızlar (6,4 km): Məryəm Hüseynova

- 2011-2013-cü il təvəllüdlü qızlar (3,2 km): Suvar İsayeva

Qalib gələn idmançılar müvafiq dərəcəli medal və diplomla təltif olunublar.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
49
1
icma.az

2Sources