EN

Ukrayna Silahlı Qüvvələrinin baş komandanının atası Rusiyada müalicə olunurmuş

Rusiya klinikalarından birində müalicə alan Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Aleksandr Sırskinin atası artıq ailəsini tanıya bilmir.

Publika.az xəbər verir ki, bu barədə "Mash" Teleqram kanalı məlumat yayıb.

Jurnalistlərin məlumatına görə, 86 yaşlı Stanislav Sırskiyə demensiya və Parkinson xəstəlikləri diaqnozu qoyulub. Bundan əlavə, son müayinə zamanı onun beyninin sağ frontal hissəsində şiş aşkar edilib. Lakin həkimlər onun xoşxassəli olduğunu və həyati təhlükə yaratmadığını müəyyən ediblər.

Qeyd edilib ki, həkimlər Sırskini xüsusi ayaqqabılarla ayağa qaldırmağa çalışırlar. Lakin təqaüdçünün gücü yalnız qısa müddət yatağının yanında dayanmağa çatır. O, yalnız daim yanında olan həyat yoldaşını tanıyır.

Chosen
19
1
publika.az

2Sources