EN

Ardanın uzaqdan qol vurduğu qapıçı özü də vaxtilə o cür qol vurubmuş!

''Real'' və Türkiyə yığmasının ulduzu Arda Gülərin ''Elçe'' ilə qarşılaşmada 68 metr məsafədən vurduğu mükəmməl qol sosial şəbəkələrin bəzəyinə çevrilib.

"Football-plus.az" xəbər verir ki, gündəmi zəbt edən bu qolla əlaqəli olan maraqlı detallar ortaya çıxıb. Bu qolu buraxan ''Elçe''nın qapıçısı Matias Dituro özü də vaxtilə bu cür qolun müəllifi olubmuş. Hətta argentinalı bu əlcək sahibi rəsmi olaraq futbol tarixində ən uzaq məsafədən vurulan 3-cü qolun müəllifidi! 2017-ci ilin aprelində o, ''Bolivar''ın heyətində ''Klub San Xose'' ilə qarşılaşmada təxminən 90 metr məsafədən qol vurmuşdu.

Dituro ilə bağlı daha bir maraqlı məqam onun yaxın keçmişdə Türkiyədə top qovmasıdı. 38 yaşlı qapıçı 2023-cü ildə ''Fatih Karagümrük''də 11 qarşılaşmaya çıxıb. Futbol tarixində ən uzaq məsafədən vurulmuş ilk 5 qolla sizi tanış edirik.

1. Tom Kinq (''Nyuport'', 19 yanvar 2021) - 96,01 metr
2. Asmir Beqoviç (''Stok Siti'', 2 noyabr 2013) - 91,9 metr
3. Matias Dituro (''Bolivar'', 5 aprel 2017) - 86,8-91,4 metr
4. Tim Hovard (''Everton'', 4 iyun 2012) - 86,8 - 91,4 metr
5. Endi Lonerqan (''Preston'', 2 oktyabr 2004) - 86,8 - 91,4 metr

Qeyd edək ki, 3-5-ci pillələrdə qərarlaşan qolların rəsmi olaraq məsafəsi ölçülmədiyindən təxmini məsafələr göstərilib. Tom Kinqin futbol tarixində ən uzaq məsafədən vurulan qolun müəllifi kimi ''Ginnesin Rekordlar Kitabı''na düşdüyünü də bildirək.

Chosen
30
1
football-plus.az

2Sources