EN

Rəhman Samokun seriyasını qırdı

Qol.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Rəhman Samokun seriyasını qırdı

"Turan Tovuz"un uzun müddətdir davam edən seriyası qırılıb.

QOL.az xəbər verir ki, Tovuz təmsilçisinin qapıçısı Sergey Samok Misli Premyer Liqasında meydana çıxdığı ardıcıl 8 oyunda qol buraxmamışdı.

Rusiyalı qapıçının seriyasına bu gün son qoyulub. Misli Premyer Liqasının 24-cü turunda "Kəpəz"lə keçirilən oyunda Gəncə təsmilçisinin futbolçusu Rəhman Hacıyev 55-ci dəqiqədə Samokun qoruduğu qapıya yol tapıb.

Sergey Samok sonuncu dəfə 2024/25 mövsümünün 34-cü turunda qol buraxıb. O. “Neftçi” ilə 2025-ci il mayın 10-da keçirilən matçda (1:2) rəqibin fərqlənməsinə mane ola bilməyib. Həmin görüşdə Dembo Darbo qol vurub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
99
2
qol.az

3Sources