EN

İran ilk dəfə "Səccil" raketindən istifadə ETDİ

İran ABŞ və İsraillə münaqişə zamanı ilk dəfə “Səccil” raketindən istifadə edib.

Redaktor.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.

Bildirilib ki, İran mövcud münaqişə zamanı ilk dəfə iki mərhələli “Səccil” raketindən istifadə edib.

Məlumata görə, “Əsl Vəd 4” əməliyyatının 54-cü dalğası zamanı Xorrəmşəhr, Qədr, Heybərşəkan və Emad super ağır raketlərindən istifadə olunub. Bundan əlavə, bu əməliyyat zamanı ilk dəfə olaraq “Səccil” strateji bərk yanacaqlı raketi də buraxılıb.

Qeyd olunub ki, zərbələr İsrailin komandanlıq və qərar qəbuletmə mərkəzlərini, hərbi-sənaye kompleksinin infrastrukturunu və hərbi obyektlərini hədəf alıb.

Aminə ŞAHSUVARQIZI

Chosen
19
redaktor.az

1Sources