EN

Qazaxıstandakı referendumda 60 qayınana və 60 gəlin birlikdə səs verdi - FOTO

BAKI, 15 mart. TELEQRAF

Qazaxıstanın Aktöbe vilayətində konstitusiya referendumu çərçivəsində qeyri-adi və maraqlı hadisə yaşanıb.

Teleqraf Qazaxıstan mediasına istinadən xəbər verir ki, Tamdı kəndində 60 qayınana və 60 gəlin eyni vaxtda seçki məntəqəsinə gələrək səs veriblər.

Belə ki, 120 nəfərdən ibarət qadın qrupunun seçki məntəqəsinə birgə təşrif buyurması həm yerli sakinlər, həm də müşahidəçilər tərəfindən maraqla qarşılanıb.

Kənd ağbirçəyi Akkaqaz Tacikulova bildirib ki, aksiyanın məqsədi gənc nəslə dövlət əhəmiyyətli məsələlərdə məsuliyyət hissini aşılamaqdır:

"Biz bu gün gəlinlərimizlə birlikdə ölkəmizin gələcəyi üçün səs verməyə gəlmişik. Böyüklərin sözünü yerə salmayaraq bu mühüm prosesdə bizimlə çiyin-çiyinə iştirak edən gənc gəlinlərimizə təşəkkür edirik".

Qeyd edək ki, səsvermə məntəqəsində mənəvi dəyərləri və vətəndaş fəallığını özündə birləşdirən bu aksiya referendumun ümumi ab-havasına müsbət təsir göstərib. Faktla bağlı xarici müşahidəçilər də müsbət rəy bildiriblər.

Chosen
34
2
teleqraf.com

3Sources