"Liverpul" qapıçı Alisson Bekker ilə müqavilə yeniləyib.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabrisio Romano yayıb.
Məlumata görə, yeni sazişin müddəti 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, sözügedən qolkiper cari mövsüm bütün turnirlərdə 32 natça çıxaraq 35 qol buraxıb və 12 görüşdə qapısını toxunulmaz saxlayıb. O, 2018-ci ildən "Liverpul"da çıxış edir.
Toğrul