EN

“Liderlərə qarşı oyundakı köklənmə belə oyunlarda yoxdu” – Kurban Berdıyev

Misli premyer-liqasının 24-cü turunda “Turan Tovuz” “Kəpəz”lə heç-heçə etdi - 1:1.

“Football-plus.az” xəbər verir ki, oyunsonrası mətbuat konfransında Kurban Berdıyev media önünə çıxıb.

- Təəssüf ki, vacib iki xal itirdik. Matçın ikinci hissəsi fərqli alındı.

- Faiq Hacıyevin oyunundan razı qaldız?
- Uzun müddət idi oynamırdı, səhvləri təbii idi.

- Roderik Miller niyə ehtiyatda idi?
- Özünü narahat hiss edirdi.

- “Turan Tovuz” ortabab komandalara qarşı oyunda xal itirir. Köklənmə problemi var?
- Təəsüf ki, haqlısız.

- Niyə belədi?
- Liderlərə qarşı oyundakı köklənmə belə oyunlarda yoxdu.

MÜZƏFFƏR QULUZADƏ

Chosen
35
football-plus.az

1Sources