EN

“Təəssüf ki, Raufun ayağı sürüşdü” Azər Bağırov

ain.az, Footbal-plus portalına istinadən məlumat verir.

Misli premyer-liqasının 24-cü turunda “Kəpəz” “Turan Tovuz”la heç-heçə etdi. Oyundan sonra Azər Bağırov jurnalistlərin suallarını cavabladı. - Azarkeşlərə təşəkkür edirəm. Sonadək dəstək oldular. Futbolçularımız yaxşı oynadı, qollar oldu. Texniki çatışmazlıqlarımız var. Oyundan-oyuna yaxşı olmağa çalışacağıq. İstədiyimiz oyunu oymamağı bacaracağıq.- Batista “Neftçi”yə belə qol vurmuşdu. Bunun üzərində işləmişdiz?- Səhv ondan başlamadı. İrəlidə top bizdə olanda itirdik. Mövqe boşalmışdı. Təəssüf ki, Raufun ayağı sürüşdü. Onların da usta futbolçuları var. - “Kəpəz”in sabit şəkildə belə istəkli olmamasının səbəbi nədi?- Məncə, son oyunlarda istəkliyik. “Sumqayıt”a, “Zirə”yə qarşı oyunlar da belə idi. Son 4-5 oyunda göz dəyməsin, sabit oynayırıq. Meydançada futbol oynayırıq. Uşaqlara təşəkkür edirəm, dediklərimi həyata keçirdilər. MÜZƏFFƏR QULUZADƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
47
1
icma.az

2Sources