Türkiyənin Suriyadakı səfiri Nuh Yılmaz və Azərbaycanın Dəməşqdəki səfirliyinin müvəqqəti işlər vəkili Elnur Şahhüseynov arasında görüş keçirilib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə məlumat Türkiyənin Suriyadakı səfirliyinin X hesabında yayılıb.
Qeyd edilib ki, görüş zamanı bölgədəki siyasi və hərbi proseslər müzakirə olunub.