EN

Ağcabədidə baş vermiş qəzada xəsarət alanların vəziyyəti açıqlandı

Ağcabədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı yaralanan şəxslərin vəziyyətləri məlum olub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Ağcabədi Rayon Mərkəzi Xəstəxanasından bildirilib:

"Martın 14-də, saat 22 radələrində Ağcabədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan dörd nəfər (3-ü kişi, 1-i qadın) Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunub.

Xəsarət alan şəxslərin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyətləri orta ağır olaraq qiymətləndirilir", - deyə məlumatda qeyd edilir.


Telegram kanalımız
Chosen
5
33
yenisabah.az

10Sources