Türkiyənin Suriyadakı səfiri Nuh Yılmaz Azərbaycanın bu ölkədəki səfirliyinin müvəqqəti işlər vəkili Elnur Şahhüseynovla görüş keçirib.
BAKU.WS xəbər verir ki, bu barədə Nuh Yılmaz sosial şəbəkə hesabında məlumat paylaşıb.
Bildirilib ki, görüş zamanı regionda baş verən siyasi və hərbi proseslər ətrafında fikir mübadiləsi aparılıb. Diplomatlar bölgədəki mövcud vəziyyət və aktual məsələləri müzakirə ediblər.