EN

Bu iddialardan sonra SEPAH eyforiyaya qapıldı - sağdırsa, öldürəcəyik…



İsrail Baş naziri Binyamin Netanyahunun ölümü ilə bağlı iddialar dolaşarkən, İran İnqilab Keşikçiləri Korpusundan (SEPAH) yeni bir açıqlama gəlib. SEPAH, Netanyahu sağdırsa, onu təqib edib öldürəcəklərini bildirib.

Açıqlamada o da vurğulanıb ki, 52-ci hücum dalğasında İnqilab Keşikçiləri Təl-Əvivin sənaye ərazilərini ağır raketlərlə hədəfə alıb və Küveytdəki Ərbil əl-Hərir Hava Bazası, Əli əl-Salem və Arifcan bazalarındakı sənaye ərazilərinə, eləcə də ABŞ qüvvələrinin toplaşdığı mərkəzlərə raket və dronlarla hücumlar həyata keçirilib.

Bu hücumlardan sonra sosial mediada Netanyahunun ölümü ilə bağlı şayiələr yayılıb. Netanyahunun 13 martda onlayn qatıldığı mətbuat konfransının keçirildiyi yerdə, bütün İsrail ərazisində verilən hücum xəbərdarlığının səsinin eşidilməməsi və sonradan süni intellekt tərəfindən yaradıldığı iddia edilən bəzi videoların sosial mediada yayılması bu iddialara dəlil kimi göstərildi.

İsrail Baş Nazirinin Ofisindən isə bildiriblər ki, iddiaların əsassız olduğu bildirilib: "Bunlar saxta xəbərlərdir, Baş nazir yaxşıdır".

Tahir TAĞIYEV

Chosen
28
baki-xeber.com

1Sources