EN

İbrahim Tatlısəs qızını məhkəməyə verdi

ain.az, Bizim media portalına istinadən məlumat verir.

Türkiyənin tanınmış müğənnisi İbrahim Tatlısəs ilə qızı Dilan Çıtak arasında yaşanan qalmaqal yenidən gündəmə gəlib və məsələ artıq məhkəmə müstəvisinə keçib.Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, ötən il Bodrum şəhərində baş verdiyi iddia olunan ailədaxili mübahisənin detalları yenidən müzakirə olunur.

 

İddiaya əsasən, səhər yeməyi zamanı baş verən mübahisə zamanı Tatlısəs qızının ona televizor pultu atdığını bildirib və bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.

Hadisə ilə bağlı aparılan araşdırma zamanı sözügedən əşyanın “silah sayılan predmet” kimi qiymətləndirilib-qiymətləndirilməməsi məsələsi də gündəmə gətirilib.Bu səbəbdən başlanmış hüquqi proses daha sonra ictimai ittiham qaydasında açılan cinayət işinə çevrilib. Lakin Dilan Çıtak səsləndirilən iddiaları qəti şəkildə rədd edib. O, televiziya proqramlarından birində məsələ ilə bağlı danışaraq belə deyib:

 

“Belə bir şey qətiyyən olmayıb. Bunun necə ortaya çıxdığını bilmirəm. Mən də sizin kimi bu xəbərləri oxuyanda təəccübləndim. Amma buradan ilk və son dəfə açıqlayıram ki, belə hadisə baş verməyib. Atamın evində yüzlərlə kamera var. Əgər belə bir şey həqiqətən baş versəydi, görüntülər dərhal paylaşılardı”.

Qalmaqalın daha da böyüməsi fonunda İbrahim Tatlısəs Almaniyada planlaşdırılan konsertlərini təxirə salıb. Sənətçi qızından rəsmi şəkildə şikayət etmək üçün Bodrum ədliyyə binasına əlil arabası ilə gedib.Bizim.Media

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
2
3
bizim.media

10Sources